media-img_6137

ABŞ-ın texnologiya şirkəti “Apple”yaxın 4 ildə ABŞ-a 500 milyard dollardan çox sərmayə qoyacağını açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, “Apple” tərəfindən verilən yazılı açıqlamada, şirkətin Miçiqan, Texas, Kaliforniya, Arizona, Nevada, Ayova, Oreqon, Şimali Karolina və Vaşinqtonda obyektlərini inkişaf etdirməyə qərar verdiyi bildirilib. Açıqlamada, planlaşdırılan investisiyalar arasında Texasda yeni fabrikin qurulmasının olduğu, süni intellekt və silikon mühəndisliyinə investisiyaların da artırılacağı qeyd olunub. Eyni zamanda açıqlamada şirkətin yaxın 4 ildə ABŞ-a 500 milyard dollardan çox sərmayə qoyacağı və bu məbləğin şirkət tarixində ən böyük xərcləmə öhdəliyi olduğu vurğulanıb.


Bənzər xəbərlər