media-3ceaaa6c-3d11-4bce-9855-47c1f04be143

Pirşağı qəsəbəsində yerləşən 2-ci Sovxoz qəbiristanlığında qeyri-adi oğurluq hadisəsi baş verib.

Patrulaz.az-a verilən məlumata əsasən, fevralın 14-də mərhumun oğlu Qurbanov Kamran Kərəm oğlu atasının məzarını ziyarət edərkən məzarın sinə daşının oğurlandığını aşkarlayıb. Onun sözlərinə görə, bir həftə əvvəl sinə daşı yerində idi, lakin naməlum şəxslər tərəfindən oğurlanıb.
Şikayətçi bildirir ki, bu, həmin qəbiristanlıqda baş verən ilk hadisə deyil. O, dəfələrlə bu cür vandalizmlə qarşılaşdıqlarını vurğulayıb.
Mərhumların xatirəsinə qarşı edilən bu hərəkət sözün əsl mənasında hörmətsizlikdir.


Bənzər xəbərlər