media-6d6e2929-aa8b-422c-9b72-50f18cacce0e

Maştağada “Köhnə klub” adlanan ərazidə, poçt, polis bölməsi və vağzala yaxın hissədə ağaclar kütləvi şəkildə kəsilib. Bu sahə Maştağadakı Heydər Əliyev parkı ilə birləşən ərazi olmaqla yanaşı, yaşıllığın qorunmalı olduğu bir məkandır. Lakin indi burada ağaclardan əsər-əlamət qalmayıb.
Patrulaz.az-a verilən məlumata görə, əvvəlcə ağaclar budanıb, daha sonra isə tamamilə kəsilib. Bu addımı atan sahibkarın kim olduğu, hansı icazə ilə bu ekoloji cinayəti törətdiyi isə hələ ki, məlum deyil.
Ulu Öndər Heydər Əliyevin bir kəlamı bu məsələyə açıq şəkildə mövqe bildirir: “Ağacları kəsən, sanki mənim qollarımı kəsir.” Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların təcili olaraq tədbir görməsini və günahkarların cəzalandırılmasını tələb edirlər.


Bənzər xəbərlər