media-2e247886-a3b0-431c-bf6e-0b0d128ff6bb

Hər fürsəti dəyərləndirən fırıldaqçılar bir çoxlarının kişilər bayramı kimi qeyd etdiyi 23 fevral gününü də boş keçirməyib.
Belə ki, vətəndaşlardan biri Patrulaz.az-a “giftbox.by.ilem” adlı səhifə vasitəsilə hədiyyə almaq istəyərkən aldadıldığını bildirib. Onun sözlərinə görə, ödənişi etdikdən sonra səhifə tərəfindən bloklanıb və məhsul ona çatdırılmayıb. Bu kimi hallarla qarşılaşmamaq üçün internet üzərindən alış-veriş edərkən diqqətli olmaq, rəsmi və etibarlı platformalara üstünlük vermək tövsiyə olunur. Əgər siz də belə bir fırıldaqçılıqla qarşılaşmısınızsa, müvafiq qurumlara şikayət etməyiniz vacibdir. Hər kəsi ehtiyatlı olmağa çağırırıq!

media-dab61df6-4434-44aa-a787-7f200a244641 media-60a48896-fda5-4de2-8fe1-61b796c90ef5


Bənzər xəbərlər