“Bu gün Azərbaycan kadr ehtiyyatı ilə tanınır“ - ŞƏRH
“Cənab Prezident ölkənin inkişafının perespektivi məsələlərini hər zaman diqqətdə saxlayır. Perespektivli inkişaf hər zaman davam edən siyasəti həyata keçirə biləcək və prosesə rəhbərlik edəcək kadr təminatı məsələsi ilə sıx bağlıdır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Azərbaycan bu gün kadr ehtiyyatı ilə tanınır: “Bunun üçün ölkəmizdə mükəmməl sistem yaradılıb. Belə ki, keyfiyyətli orta təhsil, günün tələblərinə cavab verən ali təhsil və xaricdə kadr hazırlığı öz nəticəsini verir. Həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq da bu və ya digər məsələlərdə hazırlıqlı kadrların yetişməsinə böyük kömək olur.
Dövlət başçısının vaxtaşırı bu və ya digər sahəyə təyin etdiyi kadrlardan məsuliyyət, xalqla yaxınlıq və perespektivi işləmək tələb olunur. Kadrların mütləq əksəriyyəti isə bu tələblərə cavab verir. Tələblərə cavab verməyənlər isə cənab Prezident tərəfindən layiqli cavabını alır. Cənab Prezidentin özü məktəbdir, bu gün dövlət və özəl sektorda çalışan insanlar bütün sahələrdə ölkə rəhbərindən məsuliyyəti, dövlət, xalqa layiqincə xidmət etməyi və daim yenilikçi olmağı öyrənilər”.