Kremldən müharibə ilə bağlı açıqlama: Biz Avropa ilə dialoq üçün əsas görmürük
Kremlin sözçüsü Dmitri Peskov avropalıların sanksiyalar tətbiq etmək yolunu davam etdirdiklərini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb. Peskov ABŞ-ın Rusiyaya münasibətini yenidən formalaşdırmaq istəyini alqışladıqlarını bildirib: “Ümid edirik ki, Vaşinqton Ukrayna böhranının əsas səbəblərini təhlil edəcək. Biz həmişə Avropadakı rəqiblərimizin diqqətini bu məsələyə yönəltməyə çalışmışıq, lakin keçmiş ABŞ administrasiyası kimi onlar da bunu rədd ediblər. Əsas səbəbləri dərindən təhlil etmədən məsələnin həllinə nail olmaq mümkün deyil” -deyə, o bildirib.
Peskov qeyd edib ki, həftəsonu ABŞ-la keçiriləcək danışıqlarda xarici işlər nazirlərinin ekspertləri səviyyəsində ikitərəfli münasibətlərdəki problemlər və iki ölkənin diplomatik nümayəndəliklərinin işinə mane olan məsələlər müzakirə olunacaq.