Azərbaycan klubu “Point Blank” üzrə 2-ci dəfə dünya çempionu oldu
“Point Blank” oyunu üzrə dünya çempionatı başa çatıb.
Patrulaz.az xəbər verir ki, Azərbaycan və Türkiyə oyunçulardan ibarət “Denizbank Istanbul Wildcats” komandası yarışların qalibi olub.
Həmyerlilərimiz final qarşılaşmasında Tayland komandasını 3:1 hesabı ilə məğlub ediblər. Üçüncü yeri isə İndoneziya klubu tutub.
Qələbə nəticəsində “Denizbank Istanbul Wildcats”a 55 min dollarlıq pul mükafatı təqdim olunub.