Avropa İttifaqından Ukraynaya 3,5 milyard avro yardım
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen mart ayında Ukraynaya 3,5 milyard avroluq yeni ödəniş ediləcəyini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Leyen silah tədarükü ilə bağlı da mesaj verib.
Von der Leyen vurğulayıb ki, təkcə Ukraynanın deyil, həm də Avropanın taleyi təhlükə altındadır və buna görə də onların prioriteti Ukraynanın müqavimətini gücləndirməkdir.
“Aİ və onun üzvü olan ölkələr indiyədək Ukraynaya 134 milyard avro dəstək verib”- deyən, von der Leyen, sözügedən məbləğin bütün digər ölkələrdən daha çox olduğunu iddia edib. O, Ukrayna fondu və G7 krediti sayəsində Ukraynanın 2025-ci il büdcə kəsirini bağladıqlarına diqqət çəkib.