Bakı-Qazax yolunda inəklər hərəkəti təhlükəyə atır - Sürücülər narahatdır - VİDEO
Bakı–Qazax avtomobil yolunda inəklərin nəzarətsiz şəkildə yolun ortasında gəzməsi sürücülər üçün ciddi təhlükə yaradıb.
Patrul.az-a daxil olan məlumata görə, heyvan sahibləri inəkləri başlı-başına buraxdığı üçün yolun hərəkət hissəsində qəza riski hər an artır.
Sürücülər bildirirlər ki, qəfil yola çıxan heyvanlara görə manevr etməkdə çətinlik çəkirlər və bu vəziyyət istənilən an ağır yol-nəqliyyat hadisəsinə səbəb ola bilər. Sakinlər məsul qurumlardan və heyvan sahiblərindən problemin aradan qaldırılması üçün tədbir görülməsini xahiş edirlər.






