media-inshot_20260302_212946899

“Ötən ilin avqustun 8-də Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair sazişin paraflanmasının ardınca Bakı və İrəvan arasında normallaşma prosesinin yeni mərhələyə qədəm qoyması, o cümlədən bir sıra sahələrdə ilkin əməkdaşlıq nümunələrinin müşahidə olunması, təbii ki, Cənubi Qafqaz üçün yeni bir dövr vəd edir”.

Bu sözləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınmasına qoyulan məhdudiyyətin aradan qalxması bu ölkəyə yanacaq məhsullarının satışının təmin olunması, Ermənistandan idxalın mümkünlüyü ilə bağlı bu ölkə daxilində müzakirələrin aparılması, həmçinin Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiyası ilə bağlı danışıqların normal tempdə davam etməsi fonunda Ermənistanda hələ də revanşist kəsimin söz sahibi olması, bu və ya digər formada siyasi güc nümayiş etdirə bilməsi, təbii ki, narahatlıq doğurmaqdadır:

“Ermənistan konsitutsiyasında Azərbaycana ərazi iddialarının ehtiva olunduğu müddüalarının hələ də dəyişməməsinin təməlində dayanan amillərdən biri də revanşistlərin erməni cəmiyyəti üzərində olan təsir imkanıdır. Düzdür, cənab İlham Əliyevin iri güclərin maraqlarını Cənubi Qafqazda uzlaşdırması nəticəsində ən azı öz investisiyaları naminə əvvəllər bölgədə müharibəyə maraqlarının təmini üsulu kimi baxan güclərin daha praqmatik mövqe nümayiş etdirməsi müşahidə olunsa da, sirr deyil ki, Cənubi Qafqazda yeni konfiqurasiyaya özünün fiaskosu kimi baxan güclər də mövcuddur. Bu mənada revanşistlərin həmin dairələr, eləcə də Ermənistan daxilində kilsə ilə birgə hərəkəti narahatlıq doğurmaya bilməz”.

media-inshot_20260302_212716457

“Təbii ki, biz Ermənistandan real sülh və sabitlik naminə, o cümlədən Ermənistanın özünün fayda gördüyü əməkdaşlıq mühiti üçün bu kimi xoşagəlməz tendesiyaların aradan qaldırılmasını gözləyirik, lakin dövlət başçımızın Xocalı Memorial Kompleksinin açılışı zamanı Xocalı ictimaiyyətinin qarşısında çıxışı zamanı da ifadə etdiyi kimi, regionda sülhün və sabitliyin təməlində Azərbaycan güc və imkanlarının dayandığını nəzərə alsaq, Ermənistanda proseslərin hər hansı formada axarı bütövlükdə Bakının hərbi-siyasi yolla yaratdığı konfiqurasiyanı dəyişə bilməz”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər