Bakıda avtoxulanlıq edən şəxs həbs olundu- VİDEO
Bakının Pirallahı rayonunda “99-RO-519” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün avtoxuliqanlıq görüntüləri yayılıb.
Patrulaz.az-ın qaynar xəttinə daxil olan videogörüntü ilə bağlı Bakı Şəhər DYP İdarəsinə sorğu göndərdik.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirdi ki, “Vaz 2106” markalı, 99-RO-519 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abdulla Musayev avtoxuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Musayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.