Bakıda Azərbaycan Ordusunun 107 illiyi münasibətilə hərbi yürüşlər keçirilib - VİDEO
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümüdür.
Patrulaz.az xəbər verir ki, bu münasibətlə Bakının bir sıra mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yürüşlər saat 12:00-dək davam edəcək.
Qulluqçuların iştirakı ilə təşkil olunan yürüşlərin marşrutları aşağıdakı kimi müəyyən edilib:
Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – AMAY ticarət mərkəzi;
Şəhidlər xiyabanı – “Alov Qüllələri” kompleksi – metronun “İçərişəhər” stansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;
Qəzənfər Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı;
“Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;
Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev Sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – “28 Mall” Ticarət Mərkəzi.
Qeyd edək ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk mütəşəkkil ordu qurumu – Azərbaycan Milli Ordusu yaradılıb. Həmin tarixdən etibarən 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur.