media-inshot_20260417_123106771

Bu gün Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir.

Patrul.az “Report.az”a istinadən xəbər verir ki, tədbirdə iki ölkənin biznes və dövlət strukturlarının nümayəndələri iştirak edirlər.

Şuranın həmsədrləri “Agalarov Development”in prezidenti Emin Ağalarov və “Delovaya Rossiya” ümumrusiya ictimai təşkilatının sədri Aleksey Repikdir.

Tədbir çərçivəsində Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Aleksey Overçukun, həmçinin Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru, İşgüzar Şuranın sədr müavini Yusif Abdullayevin çıxışları planlaşdırılıb.

Bundan başqa, “Texnopolis “Ximqrad” SC və “Nekst-T” SC arasında “Nekst-T” şirkətinin rezidentliyi barədə niyyət sazişinin imzalanması nəzərdə tutulub.

media-1776412517_1

media-1776412455_2 media-1776412514_3 media-1776412452_4 media-1776412473_5 media-1776412499_6 media-1776412447_7 media-1776412526_8 media-1776412506_9 media-1776412504_10 media-1776412460_11 media-1776412513_12 media-1776412518_13


Bənzər xəbərlər