media-img_1928

Patrul.az redaksiyasına müraciət edən vətəndaş bildirib ki, “Bolt” tətbiqi vasitəsilə Biznes kateqoriyalı taksi sifarişi verib. Sifarişi 90-YZ-119 dövlət qeydiyyat nişanlı “Changan UNI-Z” markalı avtomobil qəbul edib.

Şikayətçinin sözlərinə görə, sürücü onları Kukla Teatrının qarşısından götürüb. Səfər zamanı müştərilər iki ünvan göstəriblər və bu, “Bolt” sistemində əvvəlcədən qeyd olunub. Yolda sürücü “necə ünvan?” deyə soruşub, sərnişinlər isə iki ünvan olduğunu bildiriblər.

Sürücü cavabında “bu mənə sərf eləmir” deyib. Sərnişinlər isə “10 manat verək, apar” deyərək güzəşt təklif ediblər. Lakin sürücü buna baxmayaraq “sizi aparmaq istəmirəm, maşından düşün” deyərək xidmətdən imtina edib.

Vətəndaş qeyd edib ki, “Bolt Business” kateqoriyasını seçməkdə məqsədləri daha rahat və etik bir gediş əldə etmək olub. Lakin sürücünün davranışı narazılıq yaradıb. “Biz sistemdə göstərilən qaydalara əməl edirik. Əgər qazanc azdırsa, o zaman bu sahədə işləməməlidir. Bu, tələb və təklif məsələsidir. Mənim taksiyə ehtiyacım var, onun isə müştəriyə,” deyə şikayətçi bildirib.

Hadisə ilə bağlı vətəndaş “Bolt” tətbiqinə rəsmi şikayət göndərəcəyini bildirib.


Bənzər xəbərlər