media-inshot_20260427_182135779

“Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (Ulduz metro stansiyası ətrafı) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.

Patrul.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən xahiş olunur aparılan işlərə anlayışla yanaşsınlar və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.


Bənzər xəbərlər