media-screenshot_20260427_172729_gallery

Bakıda kirayə mənzildə qalan ərəb turistlərin mənzili bərbad hala salmasını əks etdirən görüntülər sosial şəbəkələrdə rezonans doğurub.

Patrul.az xəbər verir ki, paytaxtdakı mənzillərdən birində lentə alınan görüntülər ərəb turistlərin yaşayış mədəniyyəti ilə bağlı müzakirələrə yol açıb.

Kadrlardan görünür ki, turistlər qaldıqları müddət ərzində mənzilə ciddi ziyan vurub, evi demək olar ki, zibilliyə çeviriblər. Otaqların hər tərəfinə səpələnmiş qida qalıqları, məişət tullantıları, qırılmış və ya dağıdılmış ev əşyaları mənzilin tanınmaz hala düşdüyünü sübut edir.

Sosial şəbəkə istifadəçiləri bu mənzərəni “biabırçılıq” kimi qiymətləndirərək, turistlərin ev sahiblərinə qarşı hörmətsizliyini kəskin tənqid ediblər.

Qeyd edək ki, analoji hallar əvvəllər də bir neçə dəfə baş verib və bu, Bakıda mənzilini turistlərə kirayə verən şəxslər üçün ciddi problemə çevrilib.

Sözügedən görüntüləri təqdim edirik:


Bənzər xəbərlər