Bakıda qarlı hava qəzaya səbəb olub - VİDEO
Bu gün saat 19:00 radələrində Əhmədli ərazisində qar yağışından sonra yaranan sürüşkən yol şəraiti səbəbindən avtomobil qəzası baş verib.
Patrulaz.az-ın əldə etdiyi ilkin məlumata görə, sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib və avtomobillər bir-birinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olub-olmadığı barədə dəqiq məlumat yoxdur.
Sürücülərə hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaları və yol hərəkəti qaydalarına riayət etmələri tövsiyə edilir.