media-photo-output

Qaynar xəttimizə daxil olan şikayətdə azyaşlının valideyni bildirir ki, 25 noyabr tarixində qızı Nigar Mustafayeva rəfiqəsi Samirə Zeynalova ilə birlikdə “Phobia Games” adlı əyləncə mərkəzinin qorxu evinə gedib. Valideynin sözlərinə görə, girişdə azyaşlılardan şəxsiyyət vəsiqəsi tələb edilməyib və yaşları yoxlanılmayıb. Samirəni isə yalnız yaşlarını qeyd etmələri şərti ilə içəri buraxılıblar.

İddiaya görə, 15 yaşlı Nigar heç bir nəzarət olmadan sənəd imzalamağa məcbur edilib və 26 manat ödənişdən sonra oyun otaqlarına daxil olublar. Beşinci məntiq otağında Samirənin mədəsindən yeni əməliyyat olunduğu halda işçilər tərəfindən zorakı şəkildə divara çırpıldığı bildirilir. Uşaqlar narazılıqlarını bildirsələr də, oyunun dayandırılmadığı və onların məcburən digər otağa keçdikləri iddia olunur.

Şikayətdə qeyd edilir ki, hadisə baş verən otaqda divarda quraşdırılmış qutunun qapağı açıq qalıb və işçilər tərəfindən bağlanmayıb. Valideynin sözlərinə görə, videolarda da bu hal açıq şəkildə görünür. İddiaya görə, işçi əvvəlcə digər uşağı, ardınca isə azyaşlını itələyib və həmin vaxt Nigar açıq qalmış qutunun iti qapağına dəyərək yıxılıb.

Bildirilib ki, otağa daxil olan işçi İbad “Aybla, ala, bu nə günə düşdü?” kimi ifadələr işlədib və azyaşlı şok vəziyyətində olmasına baxmayaraq otağı tərk edib. Mərkəzdə tibbi ləvazimat olmadığından Hidrogen peroksid və yapışqanlı sarğı sonradan çöldən gətirilib. Təcili tibbi yardım isə mərkəz tərəfindən çağırılmayıb.

Valideynin sözlərinə görə, 103-ə yalnız azyaşlılar  özləri zəng ediblər. Təcili yardım gələnədək Nigar qan içində obyektin qarşısında, mərkəzin heç bir əməkdaşı olmadan gözləyib. 103 xidməti qıza ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya aparıb və Nigarın alnına 11 tikiş atılıb.

Şikayətçi bildirir ki, hadisədən sonra belə “Phobia Games” rəhbərliyi nə onlarla əlaqə saxlayıb, nə də azyaşlının vəziyyəti ilə maraqlanıb. Daha sonra polis əməkdaşı ilə birlikdə mərkəzə qayıtdıqda, hadisənin baş verdiyi qutunun yerinin dəyişdirildiyi müşahidə olunub.

Eyni zamanda qeyd edilir ki, mərkəzdə ödəniş POS-terminal vasitəsilə deyil, kartdan-karta qəbul olunub. Valideyn hesab edir ki, bu hal obyektin vergidən yayınması ehtimalını artırır və fəaliyyətin qeyri-şəffaf aparıldığını göstərir.

Şikayətçinin sözlərinə görə, “Phobia Games” rəhbərliyi hadisə ilə bağlı açıqlama verərək “bizlik heç nə yoxdur” deməklə məsuliyyətdən yayına biləcəklərini düşünüblər.

Ümid edirik ki, müvafiq qurumlar məsələ ilə bağlı lazımi tədbirləri görəcəklər.

Nihat Abbasov

 


Bənzər xəbərlər