Bakıda sürücülər arasında əlbəyaxa dava düşdü - VİDEO
Bu gün paytaxtın Yasamal rayonu Cəfər Cabbarlı küçəsində taksi sürücüsü ilə avtobus sürücüsü arasında insident yaşanıb.
Patrul.az xəbər verir ki, hadisəyə “Bakubus” MMC-nin sürücüsünün minib-düşmə yerində dayanan taksiyə siqnal verməsi səbəb olub.
Buna əsəbiləşən BYD markalı taksinin sürücüsü maşından düşərək aqressiv davranış nümayiş etdirib. O, avtobus sürücüsünü yumruqla vurub.
Sözügedən görüntüləri təqdim edirik:






