media-img_0344

Son zamanlarda Gəncə şəhərində “Bakubus” şirkətinə məxsus avtobusların fəaliyyətə başlaması sakinlər tərəfindən müsbət qarşılanıb. Xüsusilə bu avtobusların sürücülərinin məsuliyyətli davranışı və xidmət mədəniyyəti təqdirəlayiqdir.

İzləyicilərin Patrulaz.az redaksiyasına verdiyi məlumata görə, “Bakubus” sürücüləri dayanacaqlarda əlil arabasında gözləyən fiziki məhdudiyyətli sərnişinləri gördükdə dərhal avtobusdan enərək pandusu açır, onlara kömək göstərir və təhlükəsiz şəkildə avtobusa minmələrini təmin edirlər.

Bu addım həm sürücülərin peşəkarlığından, həm də ictimai nəqliyyatda inklüzivliyin və insan amilinə verilən önəmin artmasından xəbər verir. Belə nümunəvi davranışların digər sürücülərə də örnək olması arzu edilir.


Bənzər xəbərlər