Arxa şüşəsiz avtobus Bakıda sərnişin daşıyır - Təhlükəsizlik haradadır?
Patrul.az-a daxil olan məlumata görə, paytaxtda hərəkətdə olan 53 nömrəli sərnişin avtobusunun arxa şüşəsinin olmaması ciddi narahatlıq yaradıb.
Görüntülərdən aydın olur ki, 77-JZ-831 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü arxa şüşənin olmaması problemini sadəcə yapışqan bantla həll etməyə çalışıb.
Məlumdur ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə avtobuslara mütəmadi texniki baxış keçirilir.
Lakin sözügedən sürücü məsul şəxslərə müraciət edərək problemi peşəkar şəkildə aradan qaldırmaq əvəzinə, alternativ və təhlükəli üsulla məsələni həll etməyə çalışıb ki, bu da həm texniki, həm də inzibati nəzarətin yetərsizliyini göstərir.
Gülbəniz Səfərova






