Baltik dənizində möcüzə: 7000 illik hüceyrələr yenidən canlandı
Almaniyada tədqiqatçılar Baltik dənizinin dibində minilliklərdir yatmış vəziyyətdə olan yosun hüceyrələrini canlandırıblar.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, 7000 ildən çox yaşı olan hüceyrələr oksigen və işıq olmadan saxlanılsa da, yenidən funksional fəaliyyətə başlayaraq fotosintez edib və çoxalıblar.
“Dirilmiş yosunlar müasir nəsilləri kimi böyüyür, bölünür və fotosintez edirlər”, – deyə tədqiqatın rəhbəri Sara Bolius bildirib.
Qeyd edək ki, bu hüceyrələr Baltik dənizinin 800 fut dərinliyindən götürülüb və elm tarixində “dirilmə ekologiyası” sahəsində böyük addım hesab olunur.
Gülbəniz Səfərova