media-inshot_20251208_125154655

Son günlər insanlar arasında üzərində möhür, yazı, işarə və ya əzik olan dollar əskinaslarının banklar tərəfindən qəbul edilməməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Qeyd olunur ki, bəzi banklar belə əskinasları ümumiyyətlə almır, Mərkəzi Bank isə onları qəbul edərkən 100 dollarlıq əskinas üçün 20 faiz komissiya tətbiq edir.

Bəs bu qaydaların əsas səbəbi nədir və hansı növ möhür və işarələr problemli hesab olunur?

Bu barədə bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, bəzi vətəndaşlar və ölkələr yazılı və ya işarəli dolları qəbul etmədiyi üçün banklar da belə əskinasları almağa tərəddüd edir:

“Təbii ki, üzərində yazı olan dolların özündə problem yoxdur, onsuz da bu, dollardır. Amma bəzi vətəndaşlar belə əskinasları qəbul etmir, bəzi ölkələrdə də qəbul olunmur. Buna görə də vətəndaşlar arasında əskinasın üzərində hər hansı yazı, möhür və ya işarə olanda onu almağa tərəddüd edənlər olur. Banklar da yaxşı bilir ki, vətəndaş bu cür əskinası onlardan qəbul etməyəcək, ona görə də belə pulları qəbul etmək istəmirlər. Əgər söhbət manatdan getsəydi, heç bir problem olmazdı. Bank həmin əskinası götürüb Azərbaycan Mərkəzi Bankına təhvil verə bilərdi. Amma dollar başqa məsələdir – çünki onu Azərbaycan Mərkəzi Bankı deyil, ABŞ Federal Ehtiyat Sistemi buraxır”.

media-img-20251208-wa0016

Ekspertin sözlərinə görə, banklar üzərində yazı və ya iz olan dolları sonradan satmaqda çətinlik yaşadıqları üçün belə əskinasları yalnız komissiya ilə qəbul edirlər:

“Bank dolları vətəndaşdan saxlamaq üçün yox,sonradan satmaq üçün alır. Əgər bank bilirsə ki, üzərində yazı olan dolları sabah satmaqda problem olacaq, o zaman ya ümumiyyətlə almır, ya da yalnız komissiya ilə qəbul edir. Belə əskinasları satmaq mümkün olmadıqda bank onları ABŞ-yə göndərməlidir ki, bu da əlavə xərc, vaxt itkisi və prosedur deməkdir. Məhz buna görə də yazı, möhür və ya iz olan dolları bəzi vətəndaşlar qəbul etmədikləri üçün banklar da həmin əskinasları yalnız komissiya ilə alırlar”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər