media-lminoaf0gtvcqqanzxyzn6d6rik6m-cnpc6l6qfxdbhpcwlemg-6xwlrcsh3xxtuu5aunpokfjr0n4rhjjliouc5tja5qe62-qaxyqsjrrtvxedzcpj56wxet5tenfkcbwpsgkwub4boyaacora5rbb4any9ifrrep2ydrkt0fo3k6sfntci0tbxwuuemo78

Bir çox insan barmaqlarını tez-tez şaqqıldadır. Bəziləri bunu rahatlamaq üçün etsə də, digərləri bu vərdişin oynaqlara ciddi zərər verdiyini düşünür. Bəs elmi araşdırmalar bu barədə nə deyir?

Patrul.az-ın araşdırmasına görə, barmaq şaqqıldayanda eşidilən səs oynaq mayesində yaranan qaz qabarcıqlarının sürətlə əmələ gəlməsi və ya partlaması nəticəsində meydana çıxır. Mövcud elmi tədqiqatlar göstərir ki, bu vərdişin təkbaşına artritə səbəb olduğuna dair inandırıcı sübut yoxdur. Bununla belə, barmaqları çox güclü və davamlı şəkildə şaqqıldatmaq bəzi insanlarda oynaqlarda narahatlıq, bağların gərilməsi, əlin sıxma gücünün azalması və yumşaq toxumalarda qıcıqlanma yarada bilər. Əgər şaqqıldatma ağrı, şişkinlik və ya hərəkət məhdudiyyəti ilə müşayiət olunursa, bu zaman həkim müayinəsi vacibdir.

Araşdırmalar göstərir ki, barmaqları arabir şaqqıldatmaq adətən ciddi zərər yaratmır. Lakin bu vərdiş ağrı və ya digər narahatlıqlarla müşayiət olunursa, onu laqeyd yanaşmadan mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Cəmilə Cəfərzadə

 


Bənzər xəbərlər