media-whatsapp-image-2026-06-28-at-23-22-05

Rusiyanın Ukraynanın Zaporojye şəhərinə endirdiyi hava zərbələri nəticəsində 2 nəfər həlak olub, daha 17 nəfər xəsarət alıb.

Patrul.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, yaralılar arasında olan 5 uşağın vəziyyəti ağır qiymətləndirilir.

Hazırda dağıntılar altında qaldığı ehtimal edilən 2 mülki şəxsin xilasedilməsi istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Məlumata görə, hücum zamanı idarə olunan aviasiya bombalarından istifadə olunub. Bombalardan biri çoxmərtəbəli binanın yaxınlığına, digəri isə fərdi yaşayış evlərinin yerləşdiyi sektora düşüb. Nəticədə 3 fərdi ev tamamilə dağılıb, 20-dən çox ev və bir çoxmərtəbəli yaşayış binasına ciddi ziyan dəyib.

Hadisə yerinə xidmətin xilasediciləri və texnikası cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər