media-whatsapp-image-2026-06-28-at-17-22-01

Fransada 11 nəfərin ölümü ilə nəticələnən dəhşətli təyyarə qəzası baş verib.

Patrul.az Fransa mediasına istinadən xəbər verir ki qəza bu gün səhər saat 11:00 radələrində Nansi şəhəri yaxınlığında baş verib.

Belə ki, paraşüt məktəbinə məxsus mülki təyyarə havaya qalxdıqdan qısa müddət sonra idarəetməni itirərək yaxınlıqdakı avtomobil yolunun kənarındakı sahəyə çırpılıb.

Qəza nəticəsində göyərtədə olan 1 pilot, 5 peşəkar paraşüt təlimatçısı və tullanış üçün hazırlıq keçən 5 həvəskar tələbə daxil olmaqla, ümumilikdə 11 nəfərin hamısı həlak olub.

Hadisə ilə əlaqədar Fransanın Daxili İşlər naziri Loran Nunyes dərhal qəza yerinə yollanıb.

Qeyd edək ki, aerodromda olan şahidlərin və həlak olanların yaxınlarının reabilitasiyası üçün ərazidə xüsusi tibbi-psixoloji dəstək qrupları yaradılıb.

Faktla bağlı Nansi şəhər prokurorluğu tərəfindən rəsmi istintaq başladılıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər