Qapını kilidlədiyinizi xatırlamırsınız? Səbəbi unutqanlıq deyil
Demək olar ki, hər kəs evdən çıxdıqdan sonra “Görəsən qapını kilidlədim?” sualını özünə verib. Maraqlıdır ki, bunun səbəbi çox vaxt yaddaş zəifliyi deyil. İnsan qapını bağlayarkən eyni anda telefonla danışır, nəsə düşünür və ya tələsirsə, beyin həmin anı vacib məlumat kimi qeydə almaya bilir.
Patrul.az-ın araşdırmalarına görə, qapını kilidləmək kimi gündəlik və təkrarlanan hərəkətlər çox vaxt avtomatik şəkildə yerinə yetirilir. Beyin bu cür rutin davranışları xüsusi diqqət ayırmadan icra etdiyi üçün hadisə uzunmüddətli yaddaşa tam həkk olunmur. Nəticədə insan bir neçə dəqiqə sonra həmin işi görüb-görmədiyinə şübhə edə bilir. Stress, tələskənlik və diqqətin başqa məsələlərə yönəlməsi də bu vəziyyəti daha da artırır.
Mütəxəssislərin fikrincə, qapını kilidlədiyini xatırlamamaq əksər hallarda unutqanlıq deyil, beynin rutin işləri avtomatik idarə etməsinin nəticəsidir. Buna görə də belə hallar normal sayılır.
Cəmilə Cəfərzadə






