Başqırdıstanda məscid yandırıldı
Rusiyanın Başqırdıstan Respublikasına aid Blaqoveşensk şəhərində məscidə qarşı təxribat törədilib.
Patrulaz.az “Baza” telegram kanalına istinadən xəbər verir ki, naməlum şəxs dini ibadətgahın qarşısına içərisində yandırıcı qarışıq olan butulka atıb.
Hadisə nəticəsində məscidin giriş hissəsində təxminən 10 kvadratmetr sahədə yanğın baş verib. Alov qısa müddətdə söndürülüb.
Yanğını törədən gənc hadisə yerindən qaçaraq gizlənib.






