media-inshot_20260522_174917500

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) rəsmi bağlanış mərasiminin ardından təşkil olunan bayraq endirmə mərasimi ilə işini yekunlaşdırıb.

Patrul.az xəbər verir ki, qlobal tədbirə ev sahibliyi edən Bakı Olimpiya Stadionunda (BOS) Birləşmiş Millətlər Təşkilatının (BMT) və Azərbaycan Respublikasının dövlət bayraqları endirilib.

Bu prosedurla rəsmi olaraq forum başa çatdırılıb.

Bağlanış mərasimində UN-Habitat-ın icraçı direktoru WUF13-ün bağlandığını elan edib və Azərbaycanın yüksək təşkilatçılığını vurğulayıb.

Tədbirin sonunda Bakı şəhəri rəsmi olaraq estafeti növbəti ev sahibinə ötürüb. Beləliklə, növbəti Ümumdünya Şəhərsalma Forumu Meksikanın paytaxtı Mexiko şəhərində təşkil olunacaq.

Xatırladaq ki, mayın 17-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimi də məhz Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması ilə start götürmüşdü.


Bənzər xəbərlər