media-665f40eb-6df4-4066-bd4b-6fb2597d29a5

Birləşmiş Ərəb Əmirlikləri süni intellekt texnologiyasını qanunvericilik proseslərinə tətbiq etməyə hazırlaşır.

Patrulaz.az “Forbes Türkiye”yə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri süni intellektdən istifadə edərək qanunları hazırlamaq, dəyişdirmək və dünyada bu sahə ürzə ilk olmaq istəyir.

Qəbul edilmiş “AI ilə işləyən qanunvericilik” layihəsi həm yeni qanunların hazırlanmasını, həm də mövcud qaydaların 70 % daha sürətli yenilənməsini hədəfləyir.

BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl Məktum layihəni təqdim edərkən bu sözləri deyib: “Süni intellektlə işləyən bu yeni qanunvericilik sistemi qanunlar yaratma tərzimizi dəyişdirərək prosesi həm daha sürətli, həm də daha dəqiq edəcək”.

Layihəyə nəzarət məqsədilə Nazirlər Kabineti tərəfindən “Tənzimləyici Kəşfiyyat İdarəsi” adlı yeni qurum da yaradılıb.

Hökumət eyni zamanda federal və yerli qanunların kütləvi məlumat bazasını formalaşdırmaq, bu bazanı məhkəmə qərarları və ictimai xidmət məlumatları ilə birləşdirmək niyyətindədir. Bu yolla süni intellekt qanunların iqtisadi və sosial təsirlərini daha effektiv şəkildə izləyə biləcək.

Qeyd edək ki, digər ölkələrdə süni intellektdən, əsasən qanunların təhlilində istifadə olunur, lakin onu birbaşa qanun yazmaq üçün tətbiq edən ilk ölkə Birləşmiş Ərəb Əmirlikləri oldu.

Gülbəniz Səfərova


Bənzər xəbərlər