media-inshot_20251027_153935557

Bu gün 44 günlük Vətən müharibəsi zamanı Bərdədə erməni silahlı qüvvələri tərəfindən törədilən terror aktından 5 il keçir. Həmin raket hücumu nəticəsində 5 nəfər şəhid olub, 13 nəfər isə yaralanıb. 

Yaddaşlardan silinməyən qanlı tarix barədə danışan jurnalist Fuad Abbasov Patrulaz.az-a 44 günlük Vətən Müharibəsində qazanılan qələbə və qisas hissi ilə bağlı da öz təəssüratlarını bölüşüb.

Jurnalistin sözlərinə görə, bu hadisələr göstərdi ki, ermənilərin xisləti dəyişmir və Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır:

“Əlbəttə ki, təkcə Bərdə terror aktı deyil, Tərtərə yağdırılmış minlərlə bomba, eləcə də Gəncə şəhərinin bombalanması xalqımızın qan yaddaşına həkk olunub. Mənə elə gəlir ki, bu, sadəcə qələbənin 5 illiyi münasibətilə deyil, uzun illər, hətta əsrlər keçsə də, biz bunu nəvələrimizə başa salacağıq: “Erməni xisləti”nin nə demək olduğunu unutmamalıyıq”.

Müharibənin olmadığı, tamamilə dinc insanların yaşadığı ərazilərin bombalanması, dinc əhaliyə qarşı terror aktları törətmək və bununla hərbi əməliyyatların gedişatına təsir göstərmək davranışı yalnız terrorçu düşüncəyə malik hərbçilərə xas ola bilər. Biz bir daha bunun şahidi olduq: erməni terrorçuları Azərbaycanla nə qədər “yaxşı münasibət” göstərməyə çalışsalar da, xalq arasında deyilən “İtlə dostluq elə, çomağı əlindən buraxma” misalı burada yerinə düşür.

Biz hər zaman “dəmir yumruğu” erməni tərəfinə göstərməyə məcburuq ki, onlar öz yerlərini bilsinlər. Əlbəttə ki, həm 44 günlük müharibədə şəhid olmuş əsgərlərimizin, həm də Bərdə, Tərtər və Gəncə terrorlarında həlak olmuş mülki şəxslərin əziz xatirəsini yüksək səviyyədə yad edirik. Bu hadisələri təkcə 5 illik yubileydə deyil, uzun illər boyunca da unutmamalıyıq”.

media-inshot_20251027_154218763

F. Abbasov həmçinin vurğulab ki, Azərbaycan dövləti ermənilərin tarix boyu törətdiyi terror və soyqırımı hadisələrinin unudulmaması üçün ardıcıl siyasət aparmalıdır. Bu həqiqətlər gələcək nəsillərə ötürülməli və heç vaxt təkrarlanmamalıdır:

“Ən vacib məqam ondan ibarətdir ki, Azərbaycan dövləti apardığı siyasətlə 1918-ci il mart qırğınını, 1940-cı illərdə azərbaycanlıların köçürülməsini, 1980-ci illərdə Ermənistan ərazisindən azərbaycanlıların didərgin salınmasını və 44 günlük müharibə zamanı erməni xislətinin bir daha üzə çıxdığı terror aktlarını heç vaxt unutdurmamalıdır. Cəmiyyətimiz bu istiqamətdə maarifləndirilməli, tariximizin bu faciəvi səhifələri gənc nəsillərə ötürülməlidir.

Necə ki, 1918-ci ildəki terror aktlarını sonradan hakimiyyətə gələn Sovet İttifaqı bizə unutdurdu, bu, bir daha təkrarlanmamalıdır. Hakimiyyətdə kim olursa-olsun, hər zaman ermənilərin Azərbaycana qarşı törətdiyi terror əməllərinin qurbanlarını yad etməli və bu həqiqətləri gələcək nəsillərə çatdırmalıyıq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər