media-67366139-b647-4b8c-b044-fb0da02e24d2

Bakının Bəkir Çobanzadə 90 ünvanı ilə Nəsimi küçəsinin birləşməsində yol kənarında piyada keçidi işarəsi olsa da, asfalt üzərində keçid zolaqları çəkilməyib. Bu vəziyyət, həm piyadalar, həm də sürücülər üçün çaşqınlıq yaradır və ciddi təhlükə riskini artırır.
Patrulaz.az-ın məlumatına görə, piyadalar yolda hərəkət edərkən müəyyən bir keçid nöqtəsi tapa bilmir, sürücülər isə piyada keçidinin harada olduğunu tam dəqiqliklə təyin edə bilmədikləri üçün təhlükəli vəziyyətlər yaranır. Yol hərəkəti qaydalarına əsasən, piyada keçidi işarəsi qoyulmuş ərazilərdə keçid zolaqlarının da olması mütləqdir. Lakin bu yolda belə bir işarələnmə aparılmadığı üçün piyadaların və sürücülərin həyatları təhlükəyə atılır.
Sakinlər müvafiq qurumlardan bu məsələyə dərhal müdaxilə etməyi və keçid zolaqlarının çəkilməsini tələb edirlər. Onların sözlərinə görə, hər gün burada insanların təhlükəli vəziyyətlə üzləşdiyini görmək mümkündür. Hadisələrin qarşısını almaq və yolda hərəkət təhlükəsizliyini təmin etmək üçün aidiyyatı qurumların təcili tədbir görməsi vacibdir.


Bənzər xəbərlər