Bildirişlərə daim baxmaq: vərdiş, yoxsa rəqəmsal asılılığın ilk siqnalı? - Psixoloq açıqladı
Telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bəzi insanlar gün ərzində dəfələrlə telefonu yoxlayır, heç bir bildiriş gəlməsə belə ekrana baxmaq ehtiyacı hiss edir və sosial şəbəkələrdən uzaq qalmaqda çətinlik çəkirlər. Bu davranışlar bəzən sadəcə vərdiş, bəzən isə daha ciddi bir problemin siqnalı ola bilər.
Davamlı telefon yoxlamaq, bildiriş gözləmək və sosial şəbəkələrə tez-tez daxil olmaq artıq rəqəmsal asılılığın əlaməti sayıla bilərmi? Bu vəziyyətin psixoloji təsirləri nələrdir və ondan necə qorunmaq olar?
Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, rəqəmsal asılılıq sadəcə çox istifadə deyil, insanın telefon üzərində nəzarəti itirməsi, onsuz narahatlıq və gərginlik hiss etməsi ilə xarakterizə olunur:
“Davamlı telefon yoxlamaq, bildiriş gözləmək və sosial şəbəkələrə tez-tez daxil olmaq müəyyən həddə qədər müasir həyatın bir hissəsi sayılsa da, bu davranışlar insanın gündəlik fəaliyyətinə və emosional vəziyyətinə təsir etməyə başlayırsa, rəqəmsal asılılığın əlaməti kimi qiymətləndirilə bilər.
Rəqəmsal asılılıq sadəcə telefondan çox istifadə etmək demək deyil. Əsas meyar insanın istifadə üzərində nəzarəti itirməsidir. Məsələn, insan telefonu yoxlamaq istəmədiyi halda belə özünü buna məcbur hiss edirsə, bildiriş gəlməyəndə narahat olursa və ya sosial şəbəkələrə girmədikdə gərginlik yaşayırsa, bu artıq psixoloji bağlılığın göstəricisi ola bilər”.

N.Orucova qeyd edir ki, bildirişlər dopamin ifrazını artırır və bu da telefona nəzarətsiz baxma, diqqət dağınıqlığı və asılılıq əlamətləri yarada bilər:
“Beyin baxımından sosial media platformaları ani mükafat sistemi ilə işləyir. Bəyənmə, mesaj, yeni paylaşım və ya bildirişlər beyində dopamin ifrazını stimullaşdırır. Zamanla insan bu kiçik mükafatlara öyrəşir və telefonu yoxlamaq avtomatik davranışa çevrilir.Rəqəmsal asılılığın ilkin əlamətləriBildirişlər dopamin ifrazını artırır və bu da telefona nəzarətsiz baxma, diqqət dağınıqlığı və asılılıq əlamətləri yarada bilər.
arasında diqqət dağınıqlığı, uzun müddət fokuslana bilməmək, telefonsuz qalanda narahatlıq hiss etmək, yuxu rejiminin pozulması, sosial münasibətlərə və ya işə ayrılan vaxtın azalması yer alır. Bəzi insanlar gün ərzində onlarla dəfə telefonunu heç bir real ehtiyac olmadan yoxlayır və bunu fərq etmirlər”.
Psixoloq vurğulayır ki, hər telefon istifadə edən insan asılı deyil; asılılıq yalnız bu davranış yuxu, iş, təhsil və münasibətlərə zərər vurur və onu azaltmaq cəhdləri nəticə vermədikdə ortaya çıxır:
“Xüsusilə gənclərdə davamlı bildiriş gözləmək və onlayn təsdiq axtarmaq özünəinam və emosional vəziyyətlə də əlaqəli ola bilər. İnsan zamanla daxili məmnuniyyət mənbələrindən uzaqlaşıb xarici reaksiyalara daha çox bağlı qala bilir.
Ancaq burada vacib məqam odur ki, hər tez-tez telefon istifadə edən insan asılı deyil. Asılılıqdan o zaman danışmaq olar ki, bu davranış insanın yuxusuna, təhsilinə, işinə, münasibətlərinə və psixoloji rifahına mənfi təsir göstərsin və onu azaltmaq cəhdləri uğursuz olsun”.
Cəmilə Cəfərzadə






