media-7667911b-e388-493f-980d-351ed3c2f878

Patrul.az xəbər verir ki, ABŞ-ın Texas ştatında heyvandarlıq sektoru üçün ciddi təhlükə hesab edilən “New World Screwworm” (Yeni Dünya burğu qurdu) paraziti aşkarlanıb.

Məlumata görə, təhlükəli parazit bir buzovda qeydə alınıb. Mütəxəssislərin bildirdiyinə əsasən, bu növ canlılar heyvanların açıq yaralarına yumurta qoyur və daha sonra yaranan sürfələr heyvanın canlı toxumaları ilə qidalanır. Bu səbəbdən parazit kənd təsərrüfatı və heyvandarlıq üçün ən təhlükəli zərərvericilərdən biri hesab olunur.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi hadisəni təsdiqləyərək nəzarət tədbirlərinin gücləndirildiyini açıqlayıb. Bildirilir ki, sözügedən parazit ölkə ərazisində sonuncu dəfə təxminən 60 il əvvəl geniş yayılıb və uzunmüddətli mübarizə tədbirləri nəticəsində onun kökü kəsilib.

Ekspertlər xəbərdarlıq edirlər ki, parazitin yenidən yayılması heyvandarlıq sektoruna milyonlarla dollar zərər vura, həmçinin ət və süd məhsullarının istehsalına mənfi təsir göstərə bilər.

Hazırda müvafiq qurumlar yoluxma mənbəyinin müəyyənləşdirilməsi və təhlükənin yayılmasının qarşısının alınması istiqamətində araşdırmaları davam etdirirlər.


Bənzər xəbərlər