Biləsuvarda narkotik əməliyyatı: 2 nəfər həbs edilib
Biləsuvar rayonunun Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinən Fərrux Cahangirov və Gilənar Quliyeva saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Patrulaz.az-a verilən məlumata görə, onlardan 3 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.