Salyanda iki mərtəbəli ev yanıb
Salyan rayonunda yanğın baş verib. Yanğın zamanı iki mərtəbəli fərdi yaşayış evi yararsız hala düşüb.
Patrulaz.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb. H.Hüseynova məxsus evdə yanğın başlayıb və alov anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan rayon yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan evin 220 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.