media-a339e2d0-081a-4e0b-9eef-c0d2a89e0977

Ölkə ərazisində yağan güclü qar Lerik rayonunda ciddi çətinliklər yaradıb.
Patrulaz.az-a verilən məlumatda bildirilir ki, rayonun 20-yə yaxın kəndinə gedən yollar bağlanıb, elektrik enerjisinin verilişi dayanıb. Sakinlər bildirirlər ki, işıqların sönməsi ilə əlaqədar rabitə problemləri də yaranıb. İnsanlar telefonlarını yalnız avtomobillərində enerji yığmaqla istifadə edə bilirlər. Uzun müddət davam edən bu vəziyyət xüsusilə yaşlılar, uşaqlar və təcili yardıma ehtiyacı olan şəxslər üçün ciddi problemlərə səbəb olub.
Sakinlər müvafiq qurumlardan yolların təmizlənməsi və elektrik enerjisinin bərpa edilməsi üçün təcili tədbirlər görülməsini xahiş edirlər. Hazırda Lerikdə hava şəraitinin kəskin olması səbəbindən problemin nə zaman həll olunacağı isə məlum deyil.


Bənzər xəbərlər