Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanıldı
Ötən gün verdiyimiz xəbərdə Maştağada “Köhnə klub” adlanan ərazidə, poçt, polis bölməsi və vağzala yaxın hissədə ağacların kütləvi şəkildə kəsildiyini qeyd etmişdik. Qeyd olunan ərazi Maştağadakı Heydər Əliyev parkı ilə birləşən ərazi olmaqla yanaşı, yaşıllığın qorunmalı olduğu bir məkandır.
Məsələ ilə bağlı Patrulaz.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
https://patrulaz.az/mastagada-agaclar-kutlevi-sekilde-mehv-edildi-video