media-img_6194

Litva prezidenti Gitanas Nauseda Ukraynaya RBS-70 qısa mənzilli hava hücumundan müdafiə sistemi verəcəklərini açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Litva Milli Radio və Televiziyasının (LRT) xəbərinə görə, Nauseda Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümü münasibətilə Ukraynanın paytaxtı Kiyevdə keçirilən görüşlə bağlı mətbuata açıqlama verib. Nauseda Litva tərəfdən Ukrayna üçün yaxşı xəbər olduğunu deyib: “Biz tezliklə RBS-70 qısa mənzilli hava hücumundan müdafiə sistemlərini Ukraynaya çatdıracağıq”-deyə, o bildirib.

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Aİ-nin Ukrayna üçün yeni maliyyə yardım paketlərinə hazır olduğunu bildirdiyini ifadə edən Nauseda, görüşdə Rusiyaya qarşı sanksiya siyasətlərinin davam etdirilməli olduğunu qeyd edib.


Bənzər xəbərlər