ÜST: Qəzzada 547 mindən çox uşaq poliomielit əleyhinə peyvənd edilib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin nümayəndəsi Rik Peeperkorn Qəzzada fevralın 22-dən bəri davam edən poliomielit əleyhinə peyvənd kampaniyası çərçivəsində 547 mindən çox uşağa müraciət edildiyini bildirdi.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Peeperkorn Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn olaraq iştirak edib. Fevralın 22-də Qəzzada poliomielit peyvəndi kampaniyasının başladığını xatırladan Peeperkorn indiyə qədər 10 yaşından kiçik 547 min 848 uşağa peyvənd vurulduğunu qeyd edib. Bu, peyvənd edilməsi planlaşdırılan 591 min uşağın yüzdə 92-dən çoxunu təşkil edir. Peeperkorn yağışa və soyuq havaya baxmayaraq, valideynlərin uşaqlarını peyvənd mərkəzlərinə gətirdiklərini və səyyar sağlamlıq qruplarının aktiv fəaliyyət göstərdiyini bildirib.