Pentaqonun Aleksandrupoli bazası ilə bağlı bəyanatı
ABŞ Müdafiə Nazirliyinin rəsmisi ABŞ-ın Yunanıstanın Aleksandrupoli şəhərində hərbi bazası olmadığını və buradakı bazanın Yunanıstana aid bir obyekt olduğunu, həmçinin iki ölkə arasındakı razılaşmalar çərçivəsində istifadə edildiyini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan mətbuatında ABŞ-ın Aleksandrupolidəki bazasını bağlayacağı xəbəri ilə bağlı Müdafiə Nazirliyi rəsmisi yazılı açıqlama verib. Rəsmi açıqlamada ABŞ-ın Aleksandrupolidə bazasının olmadığı, sözügedən bazaya ABŞ-ın Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişi çərçivəsində girmək hüququna malik olduğu Yunanıstan obyekti olduğu vurğulanıb. Sözügedən bazanın yalnız ABŞ avadanlıqlarının Avropaya girib-çıxması üçün nəqliyyat mərkəzi kimi istifadə edildiyini ifadə edən səlahiyyətli, bunun ABŞ-ın bağlayacağı baza olmadığını deyib.