media-img_6183

“Prezident İlham Əliyev keçdiyimiz həftə Qarabağa səfər etdi və səfər çərçivəsində bir çox obyektlərin tikintisi ilə tanış olub, bəzilərinin isə açılışında iştirak edib. Bu o deməkdir ki, dünyada və regionda baş verən hadisələrdən asılı olmayaraq Azərbaycan dövlətinin bir nömrəli hədəfi Böyük Qayıdış prosesinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərə rəhbərlik və təşəbbüskarlığı məhz ölkə Prezidenti həyata keçirir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Kamran Bayramov deyib.

media-img_6184
Deputat bildirib ki, otuz il ərzində Ermənistan tərəfindən dağıdılan, xarabalığa çevrilən, təbii sərvətləri talan edilən, dini və tarixi abidələri məhv edilən Qarabağ və Şərqi Zəngəzur bu gün yenidən qurularaq, abadlaşdırılır: “Bu da bizim Ermənistan xalqı ilə fərqimizi göstərir. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında dünya tarixində misli görülməmiş vəhşiliklər həyata keçiriblər. Ermənilərin yerlə-yeksan etdiyi Ağdam şəhəri də yenidən qurulur və bizim vətəndaşlarımızın yurd yeri kimi özünü tapır.

Möhtərəm cənab Prezidentin bölgələrə səfərləri zamanı nümayiş etdirilən kadrlar, işğaldan azad edilən digər rayonlar kimi Ağdamın da hansı çətinliklər qarşılaşdığını bir daha nümayiş etdirir. Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti, yenidənqurma və bərpa prosesində müasir avadanlıqlardan, innovasiyalara əsaslanan işlər həyata keçirilir. Ağdam şəhərinə cənab Prezidentin səfəri göstərdi ki, həqiqətən də görülən işlər geniş vüsət alıb.
Görülən işlər sayəsində yaxın gələcəkdə Ağdam şəhəri də öz tarixi görkəmini bərpa edəcək və soydaşlarımız şəhərdə rahat və təhlükəsiz həyat sürə biləcəklər”.

Səbinə Hüseynli


Bənzər xəbərlər