media-img_6181

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi aviasiya infrastrukturunu yüksək mənzilli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynaya qarşı hərəkətləri ilə bağlı məlumat paylaşılıb. Rusiya əsgərlərinin Ukraynaya hücumlarını davam etdirdiyi bildirilən açıqlamada, Rusiya Silahlı Qüvvələrinin yüksək dəqiqlikli silahlar və İHA-larla Ukraynanın hərbi hava limanı infrastrukturuna havadan hücum təşkil etdiyi qeyd olunub.

Açıqlamada qeyd olunub ki, müharibə başlayandan indiyədək 656 təyyarə, 283 helikopter, 44 min 431 İHA, 596 hava hücumundan müdafiə raket sistemi, 21 min 734 tank və zirehli texnika, 1521 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 22 mindən çox hərbi mərmi və 92 ədəd hərbi texnika məhv edilib.


Bənzər xəbərlər