media-17e12f75-42ac-4dfe-a0cb-17fcc35bbeb1

22 fevral 2025-ci il tarixində gecə saatlarında Heydər Əliyev prospektində buz bağlamış yolda sürət həddinin aşılması ciddi yol-nəqliyyat hadisəsi ilə nəticələnib.

Patrulaz.az-ın məlumatına görə, yüksək sürətlə hərəkət edən “Chevrolet Cobalt” markalı avtomobil sürüşərək işıq dirəyinə çırpılıb. Sürücülərin hava şəraitini nəzərə almadan yüksək sürətlə avtomobil idarə etməsi bu cür hadisələrin əsas səbəblərindən biridir. Xüsusilə yağışlı və ya buzlu yollarda sürüşmə riski artdığı üçün sürət həddinə riayət etmək həyati əhəmiyyət daşıyır. Təəssüf ki, bir çox sürücü bu qaydalara əməl etmir və nəticədə həm öz həyatlarını, həm də digər insanların təhlükəsizliyini riskə atırlar.


Bənzər xəbərlər