media-inshot_20260728_101731957

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Niva” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib. Nəticədə avtomobil su kollektoruna düşüb.

Sürücünün sükan arxasında olarkən ürək tutması keçirərək vəfat etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər