Binənin bu küçəsində tıxacın əsas səbəbi məlum oldu - VİDEO
Binə qəsəbəsi, Əli İsazadə küçəsində sürücülər tez-tez tıxacla üzləşirlər.
Patrul.az-ın məlumatına görə, tıxaca səbəb Əli İsazadə küçəsindən Hicran Hasilov küçəsinə dönən istiqamətdən avtobusların dayanacaq kimi istifadə etməsidir.
Redaksiyamıza daxil olan görüntülərdə 99-JZ-239 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün sözügedən döngədə hərəkəti dayandırdığı görünür.
Bu hal yolun digər tərəfində hərəkət edən nəqliyyat vasitələrinin sol hissəyə dönməsini çətinləşdirir.
Nəticədə avtobusun arxasında gözləyən avtomobillərlə döngəyə dönməyə çalışan sürücülər arasında sıxlıq yaranır.
Vəziyyətdən narazı olan sürücülər bildiriblər ki, Əli İsazadə küçəsindən Hicran Hasilov küçəsinə dönən hissədə hər gün eyni vəziyyət təkrarlanır.
Gülbəniz Səfərova






