Binəqədi rayonunda su borusunun partlaması insanları çətin vəziyyətə salıb - VİDEO
Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən 306 nömrəli məktəbə gedən yolda su borusu partlayıb. Nəticədə küçə su altında qalıb və sakinlər ciddi narahatlıq yaşayırlar.
Hadisə yerindən Patrulaz.az-a verilən məlumata görə, problem bir neçə gündür davam edir, lakin hələ də müdaxilə olunmayıb.
Küçədə yaranan su gölməçələri nəqliyyatın hərəkətinə və piyadalara çətinlik yaradır. Vətəndaşlar müvafiq qurumlar tərəfindən problemin tezliklə həllini gözləyir və təmir işlərinin qısa zamanda başlanmasını tələb edirlər.