media-22414059-3825-43ee-9495-4c6ac710f204

Binəqədi qəsəbəsində yerləşən Böyük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Şəhidlər Parkı baxımsız vəziyyətdədir.

Patrul.az-a daxil olan məlumata görə, əvvəllər parkda Bakı Abadlıq Xidməti əməkdaşları tərəfindən mütəmadi təmizlik işləri aparılırdı. Lakin sonradan bu işçilər Zabitlər Parkına yönləndirilib və əraziyə yeni təmizlik heyəti təyin olunmayıb. Nəticədə uzun müddətdir nəzarətsiz qalan park zibillə dolub.

Binəqədi rayon sakinləri bildirirlər ki, artıq 10 gündən çoxdur küləyin təsiri ilə ətrafa yayılan zibillərin təmizlənməsi və parkın əvvəlki vəziyyətinə qaytarılması üçün Binəqədi Rayon İcra Hakimiyyətindən müvafiq tədbirlərin görülməsini xahiş edirlər.

Bu parkın vəziyyəti, Böyük Vətən Müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış “Memorial Abidə Kompleksi” üçün ciddi narahatlıq doğurur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər