Binəqədidəki bu qeyri-qanuni tikinti qonşuların narazılığına səbəb oldu – VİDEO
Binəqədi rayonu, Ağamirək İsfahani küçəsində yol hərəkətinə mane olan qanunsuz tikinti sürücülər və piyadalar üçün çətinliklər yaradıb.
Sakinlər Patrulaz.az-a bildirib ki, bəzi şəxslər öz hasarları olduğu halda əlavə 2-3 metr ərazini də zəbt edərək, qanunsuz tikinti aparmaq üçün daşlar düzüblər və bu da maşın yoluna kimi çıxıb. Bu səbəbdən sürücülər həmin tikiliyə yaxınlaşanda dayanmağa və yolun sol hərəkət hissəsinə çıxmağa məcbur olurlar. Bu isə həm nəqliyyatın, həm də piyadaların normal hərəkətini çətinləşdirir.
Sakinlər müvafiq qurumların məsələni araşdıracağını və qanunsuz tikilinin qarşısının alınacağını ümüd edirlər.