media-inshot_20260217_085321832

Birinci vitse-prezident, Mehriban Əliyevanın “arvad paltarında gizlənən” ifadəsi cəmiyyətdə təxribat xarakterli suala verilmiş əsl cavab kimi eşidildi.

Həmin anı bir daha xatırlayaq…

Jurnalist Emin Hüseynovun Azərbaycanda demokratiyanın durumu ilə bağlı sual vermək istəməsinə birinci xanım Mehriban Əliyevanın “Qadın paltarında səfirlikdə gizlənən siz idiniz? Sizə can sağlığı arzulayıram” cavabı qarşı tərəfi birbaşa susdurdu.

Bu bir cümlənin verdiyi mesajla bağlı siyasətçi, jurnalist, Ağ Partiyanın sədri Tural Abbaslı Patrul.az-a  öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Mehriban xanım bu ifadə ilə demokratiyadan danışan şəxsin əslində mübarizə aparmaq əvəzinə gizlənməyi seçməsinin demokratiya anlayışına zidd olduğunu vurğulamaq istəyib:

“Bu hadisə həmin dönəmlərdə çox müzakirə olunurdu. Aylarla hansısa səfirlikdə qalmaq, daha sonra hansısa ölkənin Xarici İşlər Nazirliyinin vasitəsilə ölkədən qaçmaq, hətta onun əvəzinə dövlətə olan vergi borcunu ödəmək maraq doğuran və bilinən məsələlər idi. Bu da  suallar doğurur ki, xarici ölkə niyə başqasına görə 100 minə yaxın vergi borcu ödəyir?…”

media-inshot_20260217_085428638

Partiya sədri diqqətə çatdırıb ki, müxalifətçi olsa da, fəaliyyətini hüquqi çərçivədə və ölkə daxilində davam etdirir:

“Geyim məsələsinə gəldikdə isə, burada əsas mesaj ondan ibarətdir ki, insanları mübarizəyə çağıran şəxs özü də bu mübarizədən qaçmamalı, ona hazır olmalıdır. Fikrimcə, verilən mesaj da bu istiqamətdə idi.

Biz müxalifət partiyasıyıq və bu gün də fəaliyyətimizi ölkə daxilində davam etdiririk. Siyasi norma və prinsipləri, milli-mənəvi dəyərləri nəzərə alaraq mübarizə aparmağa çalışırıq. Əgər sən insanları haqq və ədalət uğrunda mübarizəyə çağırırsansa, özün də onların önündə olmalısan. Yoxsa canını qurtarmaq üçün hər vasitəyə əl atmaq olmaz”.

T. Abbaslının fikrincə, birinci xanımın cavabı yerində deyilmiş və uğurlu bir replika olub:

“Bu, Mehriban Əliyeva tərəfindən yerində deyilmiş bir replika idi və qarşı tərəf cavab verə bilmədi. Yəni uğurlu bir cavabla cəmiyyətə mesaj ötürüldü. Bir cümlə və cavabı siyasi debat baxımından uğurlu reprika idi”.

Məlumat üçün bildirək ki, Emin Hüseynov 2014-cü ildə Azərbaycan dövlətinə vergi borcu olduğu üçün ölkəni tərk edib. Hazırda İsveçrədə məcburi köçkün statusu ilə yaşayır.

Həmin dövrdə onun İsveçrə səfirliyində gizləndiyi, tanınmamaq üçün xarici görünüşünü dəyişdiyi, saçını rənglədiyi və qadın paltarı geyindiyi bildirilir. Hətta insanların onu tanıyıb-tanımadığını yoxlamaq üçün bu şəkildə küçəyə də çıxdığı iddia olunur.

Digər məlumata görə, İsveçrə hökuməti Emin Hüseynovun təxminən 200 min AZN məbləğində vergi borcunu ödəyib. Bunun qarşılığında isə o, Azərbaycan vətəndaşlığından imtina edərək İsveçrə qarşısında siyasi fəaliyyətlə məşğul olmamaq öhdəliyi götürüb. Beləliklə, gizlənmək üçün müxtəlif üsullara əl atan Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalıb.

Beləcə, “demokratiya”dan danışan və özünü “jurnalist” kimi təqdim edən şəxsin fəaliyyəti və mövqeyi Mehriban xanımın bir cümləsi ilə cəmiyyətə aydın oldu…

Gülbəniz Səfərova


Bənzər xəbərlər